Shark Logistics Azerbaijan

Haqqımızda:

Dəyişən dünyanın dəyişən ehtiyacları logistika sahəsindən də yan keçmir. Əsrlərdən bəri qida təhlükəsizliyinin, təməl iqtisadi ehtiyacların təkanı ilə logistika və yükdaşıma sahəsi inkişafda olub. Biz də Shark Logistics komandası olaraq müasir standardlara və rəqabət strategiyasına uyğun olaraq dünya çapında tanınan şirkətlər və ölkəmizin müxtəlif bölgələrindən illərdir yükdaşıma öhdəliyini peşəkarlıqla həyata keçirməyə çalışırıq.

Biz kimik?

Shark Logistics 2014-cü ildən etibarən beynəlxalq yüklərin daşınması sahəsində öz sözünü demiş şirkətlərdən biridir. İllərdən bəri gələn təcrübəmiz ən kiçiyindən böyüyünə kimi yüklərin daşınmasının bütün mərhələlərində işin peşəkarlığına və təhlükəsizliyinə zəmanət verir.

Shark Logistics əməkdaşlıq göstərdiyi şirkətlərə yüksək keyfiyyətlə inteqrasiya olunmuş logistik həllər təşkil etməkdədir. 150-yə yaxın TIR modeli avtomobillərimizlə çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq etmiş və yüklərini təhlükəsiz ünvana çatdırmışıq. Əməkdaşlıq etdiyimiz şirkətlərə “PEPSICO”, “Bravo”, “Baku Electronics”, “ALFA-N Company”, “NH Group”, “Besting” və daha artıq nümunə göstərmək olar.

Şirkətimiz Amerika Birləşmiş Ştatları, Türkiyə, Çin, Avropa və Asiya qitəsinin digər ölkələrindən Azərbaycana və əks istiqamətdə bu ölkələrə daşınmalar təklif edir. Daşınmaların növləri isə geniş istiqamətli olmaqla-həm süd məhsullarının, həm elektronika məhsullarının həm də müxtəlif məişət əşyaları və s. ehtiva edir. Xüsusi GPS idarəetməsi ilə izlənən avtomobillərimiz minlərlə kilometr yol qət edir.

Missiyamız

Azərbaycanın coğrafi mövqeyinə görə transport sahəsi üçün çox əlverişli şəraiti vardır. Ölkələrarası daşınma sahəsi üzrə xidmət göstərən şirkətimizin əsas missiyası yüklərin sürətli və təhlükəsiz formada təhvil verilməsini təmin etməkdir. Brendin daha da tanınması və ölkəni dünya miqyasında təmsil etmək isə bizim əsas missiyamızdır. Növbəti illər ərzində şirkətin TIR portfoliosunu genişləndirmək və yük daşımalarını müsairləşən standartlara uyğunlaşdırmaq hədəfimizdir. Trasnport sahəsi üçün yeni əməkdaşılıqlar şirkətimiz üçün maraqlıdır.

Vizyonumuz

Shark Logistics şirkəti olaraq yerli və beynəlxalq əməkdaşlıqlara imzamızı atmaqla ölkəmizə iqtisadi dəstəyin bir parçası olmaq bizim ən böyük vizyonumuzdur. Məqsədlərimiz daim yurdumuzun insanlarına və dövlətimizə qarşı öz öhdəliklərimizi yerinə yetirməkdir. Çağdaş yeniliklərə və müasir standartlara öncüllük edən digər şirkətlərlə əməkdaşlıq edərək logistik zəncir yaratmaq və yükdaşınmalarının vaxtında, güvənilir, təhlükəsiz həyata keçirmək bizim işimizdir!

Yeniliklər