Shark Logistics Azerbaycan

Post broker xidməti nələri əhatə edir?

Post broker xidməti nələri əhatə edir?

Gömrük rəsmiləşdirilməsi📄 və sənədləşmə ilə bağlı əldə etdiyimiz beynəlxalq biliklər və zəngin təcrübə yükdaşıma prosesini sürətləndirməyə, artıq xərclərdən və gecikmələrdən qaçmağa kömək olacaq.🚚

Gömrük broker xidmətimiz fiziki şəxs və ya təşkilat üçün malların daşınması prosesini asanlaşdırır. Bu zaman siz gömrük məntəqələrinə getmədən sizin adınızdan bütün gömrük əməliyyatlarınız həyata keçirilir. Nəticədə Siz vaxtınıza və pulunuza qənaət etmiş olursunuz.⏱

Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs arasındakı qarşılıqlı münasibətləp, notarius tərəfindən təsdiq edilmiş müqavilə ilə tənzimlənir.Belə müqavilələr ikitərəfli olub, konsensual müqavilə növünə aid edilir və ödəniş xarakterlidir.

Broker xidməti üzrə müqaviləyə görə gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığı və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə istənilən əməliyyatı və digər vasitəçilik əməliyyatları apara bilər.

Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi əməliyyatları zamanı, o, malların əsil sahibi qədər onun vəzifələrini yerinə yetirir və məsuliyyət daşıyır.

Nəzərə alaq ki, gömıük brokeri təmsil etdiyi şəxsin tapşırığını yerinə yetirərkən təmsilçinin deyil, öz adından çıxış edir, bu halda broker xidməti göstərilməsi barədə müqavilədən doğan üç növ hüquqi münasibətlərin şahidi olmuş oluruq:

  • gömrük brokeri ilə təmsil etdiyi şəxs arasında;
  • gömrük brokeri ilə üçüncü şəxslər arasında;
  • təmsil olunan şəxslə üçüncü şəxslər arasında (məsələn, broker lisenziyasının fəaliyyəti dayandırıldıqda).

Shark Logistics Ölkələr arası yüklərin daşınması xidməti

https://sharklogistics.az