Yükün paletlənməsi zamanı bir çox məqamlara diqqət yetirilməlidir.
📦Paletləmə üçün keyfiyyətsiz materialdan istifadə edilməsi yükün əsaslı zədələnməsinə, bununla da göndərici və daşıyıcının iş keyfiyyətinin mənfi olaraq dəyərləndirilməsinə gətirə bilər.
📦Paletləmə üçün ən çox taxtadan istifadə edilir. Belə halda, taxta öz keyfiyyətinə görə nisbətən zərif, kənar ziyanvericilərə isə davamlı olmalıdır. Taxtadan əlavə, polad, kağız və hətta plastikdən də yararlı struktur kimi istifadə oluna bilər.
📦Paletləşdirilməmiş yük partiyalarından fərqli olaraq, paletli yük daşınması daha baha başa gəlir. Bununla belə, mal göndərmələrində potensial riskləri və zərəri bir şəkildə minimuma endirməklə, ondan istifadə labüd olur. Paletlərin istifadəsi, daşınacaq yükün növündən birbaşa asılıdır.
Beləliklə, təhlükəsiz daşınmanı bizə - Shark Logistics'ə həvalə edin.
Shark Logistics Ölkələr arası yüklərin daşınması xidməti