Logistikanın ünvanı - Shark Logistics
Tərəflər yüklənmə üçün nəqliyyatın gəlişinə, yüklənməsinə, nəqliyyat vasitələrinin gəliş-gediş vaxtlarına dair qeydiyyatın aparılmasına nəzarət etməlidir. Konteynerlər yüklənməzdən əvvəl yük avtomobilinin texniki vəziyyətini yoxlamaq lazımdır. Zərər aşkar edildikdə, göndərici nəqliyyatdan imtina etmək hüququna malikdir.
Malların boşaldılma prosesinə də xüsusi diqqət edilməlidir. Bu, xüsusən, kövrək və yüksək dəyəri olan yüklərə şamil edilir. Belə ki, boşaltma zamanı yükün üzərindəki markalanma nəzərə alınmalıdır. Əgər yük 50 kq-dan çox olarsa, təhlükəsizlik tələblərinə cavab verən mexaniki cihazlardan istifadə edilməlidir.
Shark Logistics Ölkələr arası yüklərin daşınması xidməti
https://sharklogistics.az