Shark Logistics Azerbaycan

Hansı mallara Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq olunmur

Hansı mallara Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq olunmur

Azərbaycan Respublikasına daxil olan aşağıdakı mallar əlavə dəyər vergisindən azaddır:

  • Kənd təsərrüfatı üçün gətirilən toxum, gübrə, yem, damazlıq heyvanlar, dərman preparatları, biyoloji preparatlar va baytarlıq ləvazimatları.
  • Qablaşdırılmış usaq yeməkləri, şprisler, əczaçılıq məhsulları.
  • AR təmsil olunan diplomatik nümayəndəliklərin və onlara bərabər tutulan təşkilatların yalnız rəsmi istifadəsi üçün nəzərdə tutulan mallar və əmlak
  • Müsadirə edilmə, sahibsizlik və həmçinin varislik hüququ asasında dövlətin mülkiyyətinə keçirilməsi üçün gətirilən mallar
  • Xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi isçilərinin yalniz öz ehtiyacları üçün AR gətirdikləri əmlak
  • Beynəlxalq təşkilatların xətti ilə təmannasız texniki yardım kimi gətirilən mallar
  • Tranzit mallar (gömrük orqanlarının nəzarəti altında)
  • Dövlət büdcəsi hesabına idxal olunan mallar

Shark Logistics Ölkələr arası yüklərin daşınması xidməti

https://sharklogistics.az