Shark Logistics Azerbaycan

Gömrük rəsmiləşdirməsi

Gömrük rəsmiləşdirməsi

📄 Gömrük məkanına daxil olan mallar müvafiq prosedura əsasən rəsmiləşdirilməlidir. Azərbaycana daxil olarkən, mal və ya nəqliyyat vasitələri aşağıdakı xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər:
▪ tranzit (beynəlxalq və daxili tranzit);
▪ saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc);
▪ sərbəst zona;
▪ xüsusi istifadə (müvəqqəti idxal və son istifadə) və
▪ emal (daxildə və xaricdə emal).

Əsas gömrük rəsmiləşdirilməsinin məqsədi - mal və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsidir. Mal və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsinə aşağıdakı mərhələlər daxil edilir:

a)  yük gömrük bəyannamələrinin qəbulu, qeydiyyatı və uçotu;

b) sevilmiş gömrük rejiminin tələblərinə riayət edilməsinə nəzarət;

c) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına (bundan sonra - XİF MN) uyğun olaraq malların kodunun və mənşə ölkəsinin müəyyənləşdirilməsinin düzgünlüyü, məhdudiyyət və qadağalar üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə riayət edilməsinə nəzarət;

d) valyuta nəzarəti və gömrük dəyərinin müəyyən edilməsinə nəzarət;

e)  gömrük ödənişlərinə nəzarət;

f)   gömrük baxışı və malların buraxılması.

Shark Logistics ilə siz məhsullarınıza ən güvənilir şəkildə sahib ola bilərsiz.

Shark Logistics Ölkələr arası yüklərin daşınması xidməti

https://sharklogistics