Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər.
📄Yoxlamaya fiziki və kimyəvi vasitələrlə analiz və testlərin aparılması, malların çəkilməsi, ölçülməsi daxil ola bilər. Prosesin sürətləndirilməsi məqsədi ilə, itlərdən, detektorlardan, kimyəvi maddələrdən, rentgen aparatlarından, mexaniki, elektron cihazlardan və.s vasitələrdən istifadə edilə bilər. Gömrük nəzarətindən keçməli olan mallardan prob və nümunələr gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Gömrük Məcəlləsi ilə müəyyən olunmuş qaydada götürülür.