DDP (Delivered duty paid)- bütün rüsumlar ödənilməklə ünvanda təhvil xidməti.🚚
EXW şərtində idxalatçının (alıcının) daşıdığı məsuliyyət DDP şərtində ixracatçıya (satıcıya) keçir. Hər iki gömrükdəki ( ixrac və idxal) vergilər, yükləmə və nəqliyyat xərcləri , risklər satıcıya aiddir, alıcı sadəcə ünvanda yüklərin boşaldılmasını həyata keçirir.📦
DDP qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri + alıcının ölkəsindəki nəqliyyat xərcləri + idxal gömrük xərcləri,yerli vergilər
Nəqliyyat: Xərclər satıcıya aiddir.
Sığorta: Sığorta satıcıya aiddir.
Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.
Shark Logistics Ölkələr arası yüklərin daşınması xidməti