Shark Logistics Azerbaycan

Daşınması qadağan olan məhsullar

Daşınması qadağan olan məhsullar

Xatırladaq ki, Azərbaycan Respublikası tərəfindən ölkəyə idxal edilməsi qadağan olunmuş və ya məhdudlaşdırılmış bəzi məhsullar mövcuddur. Bu məhsulların siyahısını sizlərə təqdim edirik:

1. Döyüş təyinatlı hərbi texnika.

2. Qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı.

3. Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.

4. Müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.

5. Hərbi səfərbərlik təyinatlı əmlak.

6. Dövlət kəmiyyət vahidləri etalonları.

7. Dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər.

8. Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası.

9. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq.

10. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr.

11. İnsan orqanı və (və ya) toxumaları (gözün buynuz qişası istisna olmaqla).

12. Tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri..
13. Rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri.

14. Dövlət arxiv fondunun sənədləri.

15. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompüter proqramları.

Shark Logistics Ölkələr arası yüklərin daşınması xidməti

https://sharklogistics.az