ADR - fransız sözü olan "Accord européen relatif au transport international des marchandises Dangereuses par Rout " qısaldılmasıdır. Beynəlxalq Yollarda Təhlükəli Malların Daşınmasına dair 30 sentyabr 1957-ci ildə Cenevrədə hazırlanmış və 1968-ci ildə qüvvəyə minmiş beynəlxalq Avropa müqaviləsidir.
•Təhlükəli maddələrin insan sağlamlığına və ətraf mühitə zərər vermədən ümumi istifadə yolu ilə təhlükəsiz və mütəmadi olaraq daşınmasını təmin edir;
•ADR magistral yollarda təhlükə sinfini təşkil edən maddələri və onların daşınması üçün standartları müəyyənləşdirir;
•Təhlükəli yük daşıyan hər növ nəqliyyat vasitələrinin göndəricilərinin, alıcılarının, yükləyicilərinin, boşaldıcılarının, daşıyıcılarının və sürücülərinin məsuliyyətlərini, öhdəliklərini və iş şərtlərini müəyyənləşdirir.